Sabiq futbolçu “Milan”ın çempionluğunun Leaodan asılı olduğunu düşünür
Sabiq qapıçı Dino Zoff, “İnter”in hazırda turnir cədvəlində lider olmasına baxmayaraq, “Milan”ı İtaliya çempionluğuna daha iddialı hesab edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Milan klubunun çempion olması üçün bir amili xüsusi vurğulayıb:
“Düşünürəm ki, Rafael Leaonun gələcəkdə necə çıxış etməsi çox vacibdir. O, 2022-ci ildəki kimi özünü sübut edə bilsə, onda hər şey mümkündür. Amma hazırkı vəziyyətdə Massimiliano Alleqrinin komandasını çempionluq yarışında nəzərə almazdım”.
“Milan” İtaliya çempionatının növbəti turunda “Bolonya” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



