
“İnter” “Milan”ın sabiq futbolçusu ilə maraqlanır
Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun yarımmüdafiəçisi Frank Kessye yenidən İtaliya A Seriyasında çıxış edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu “İnter”in maraq dairəsinə düşüb.
Milan təmsilçisi yaxın vaxtlarda Fil Dişi Sahilindən olan futbolçunun ətrafı ilə görüş keçirərək, mövsümün sonunda mümkün transferi müzakirə etməyi planlaşdırır.
Kessyenin hazırkı müqaviləsinin müddəti yarım ildən sonra başa çatacaq və o, azad agent statusunda klubunu dəyişə bilər. Onun agentləri yaxın günlərdə A Seriyasının digər klubu – “Yuventus”un nümayəndələri ilə də görüş keçiriblər.
“Milan”ın sabiq futbolçusunun gələcək planları hələlik açıqlanmır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



