“Aston Villa” yenidən braziliyalı futbolçu üçün hərəkətə keçib

“Aston Villa” yarımmüdafiəçi Duqlas Luisin transferi ilə bağlı danışıqlara yenidən başlayıb. Birmingem təmsilçisi daha əvvəl futbolçunun məxsus olduğu “Yuventus”a rəsmi təklif göndərsə də, bu təklif geri çevrilmişdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilislər braziliyalı futbolçunun transferini yenidən gündəminə gətirib və bu variantı prioritet hesab edirlər. 27 yaşlı yarımmüdafiəçi uğrunda mübarizədə birmingemlilərin əsas rəqibi “Çelsi”dir.

Bildirilir ki, “Aston Villa” heyəti gücləndirmək üçün daha iki alternativ variantı da nəzərdən keçirir. Ancaq klub rəhbərliyi üçün əsas hədəf məhz Duqlas Luisin transferidir.

Braziliyalı futbolçu hazırda icarə əsasında “Nottingem Forest”in formasını geyinir. O, 2025/26 mövsümündə meydana çıxdığı 14 oyunda 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button