Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı

Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” Çexiyanın gənclər liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, sözügedən komanda 7-ci tur çərçivəsində səfərdə Karlovı-Varı “Slaviya”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib. Komandasının hər iki qolunu da millimizin üzvü vurub. 50 v 70-ci dəqiqələrdə fərqlənən Fərid Cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.

“Slaviya”nın U-21 komandası 7 turdan sonra 12 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button