
“Deyəcək söz yoxdur” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri ev oyunu haqda danışıb.
Komanda.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:
“Rəqib yaxşı mübarizə apardı və layiqli qələbə oldu. Çox istəkli idilər. Öz futbolçularımıza gəldikdə isə, deyəcək söz yoxdur. Mübarizə apardılar, yoruldular. Olmayanda olmur.
Bədavi Hüseynovun zədəsi ciddi görünürdü. Mən özüm də pis oldum”.
Nəzrin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



