
Tanınmış şərhçi “Qarabağ” – “Ayntraxt” matçı haqda: “Məncə, hər iki komanda qol vuracaq”
Tanınmış futbol şərhçisi Aleksey Andronov UEFA Çempionlar Liqasının 7-ci turunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Komanda.az “RB Sport”-a istinadən xəbər verir ki, o, Frankfurt təmsilçisinin şanslarını daha yüksək qiymətləndirib:
“Bu matçda “Ayntraxt”ın şansı var, çünki daha nüfuzlu komandadır. Amma hesab edirəm ki, əsas diqqət vurulacaq qollara yönəlməlidir. Məncə, hər iki komanda qol vuracaq”.
“Qarabağ” – “Ayntraxt” matçı bu gün saat 21:45-də, Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



