“Karvan-Yevlax” “Səbail”in futbolçusunu icarəyə götürdü

1-ci Liqa təmsilçisi “Səbail”in müdafiəçisi Emin Rüstəmov “Karvan-Yevlax” klubuna icarəyə verilib.

Komanda.az xəbər verir ki, bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.

Futbolçu cari mövsümün sonuna qədər Premyer Liqa klubunda çıxış edəcək.

U-21 millisinin də formasının geyinən 21 yaşlı oyunçu bu mövsüm “Səbail”in heyətində 12 turda 9 dəfə meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button