Parti “Vilyarreal”ı tərk edəcək

“Vilyarreal”ın yarımmüdafiəçisi Tomas Parti cari mövsümün sonunda komandadan ayrılacaq.

Komanda.az “DAZN Espana”-ya istinadən xəbər verir ki, 32 yaşlı futbolçu klub rəhbərliyini öz potensialına inandıra bilməyib və bu səbəbdən, onunla müqavilənin müddəti uzadılmayacaq.

Gözlənilir ki, Parti mövsüm başa çatdıqdan sonra “Vilyarreal”ı azad agent statusunda tərk edəcək və yeni klub axtarışına başlayacaq.

Qanalı yarımmüdafiəçi ötən ilin avqustunda İspaniya təmsilçisinə qoşulmuşdu. O, bu müddət ərzində bütün turnirlərdə 18 oyunda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button