Əliyevin komandası Quliyevi məyus etdi

Futbol üzrə Rusiya Premyer Liqasında 10-cu tura start verilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçuların – Azər Əliyevlə (“Ufa”) Ayaz Quliyevin (“Spartak”, Moskva) komandalarının dueli ilə əlamətdar olub.

Başqırdıstan təmsilçisi doğma meydanda qarşılaşdığı paytaxt klubunu məğlub yola salıb – 1:0.

Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Quliyev isə start heyətdə meydana çıxıb və 58-ci dəqiqədə əvəzlənib. O, 33-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Ufa” 10 oyuna topladığı 14 xalla 6-cı, eyni xala malik “Spartak” isə 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button