
“Mançester Yunayted”in müvəqqəti baş məşqçisi: “Müdafiə kimyamızı inkişaf etdirməliyik”
“Mançester Yunayted”in müvəqqəti baş məşqçisi Darren Fletçer komandanın müdafiədəki çətinliklərindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Bütün komanda müdafiə olunur, təkcə müdafiəçilər deyil, həm hücumçular, həm də yarımmüdafiəçilər. Biz komanda olaraq hücum edirik və komanda olaraq müdafiə olunuruq. Bu qədər qol buraxmamaq üçün müdafiə kimyamızı inkişaf etdirməliyik”.
“Qırmızı şeytanlar” çərşənbə günü “Bernli” ilə səfər matçında 2:2 hesabıyla heç-heçə ediblər. Komanda 21 oyundan sonra 32 xalla Premyer Liqanın turnir cədvəlində yeddinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



