Türkiyə klubu Lukman üçün danışıqlara başlayıb

“Atalanta”nın hücumçusu Ademola Lukman “Fənərbaxça”nın maraq dairəsindədir və qış transfer pəncərəsində çempionatı dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul klubu artıq “Atalanta” ilə danışıqlara başlayıb və 28 yaşlı futbolçunun transfer şərtlərini müzakirə edir.

Lukman cari mövsümdə A Seriyasında 11 oyuna çıxıb və 2 qol vurub. O, 2022-ci ilin yayından bəri “Atalanta”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button