
“Fənərbaxça” fransalı hücumçu üçün danışıqlara başlayıb
“Fənərbaxça” “Мilan”ın hücumçusu Kristofer Nkunkunun transferi ilə bağlı rəsmi danışıqlara başlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki “qırmızı-qaralar” fransalı futbolçu üçün 35 milyon avro tələb edir. İstanbul təmsilçisi isə transfer məbləğini aşağı salmağa çalışır.
28 yaşlı futbolçu cari mövsümdə A Seriyasında 12 oyunda iştirak edib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. O, “Milan”a yayda “Çelsi”dən keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



