Kapello: “Milan”ın güclü müdafiəçiyə ehtiyacı var”

“Milan”ın sabiq baş məşqçisi Fabio Kapello bildirib ki, “qırmızı-qaralar”a müdafiədə əlavə möhkəmlik üçün yeni oyunçu lazımdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kapello, hazırda “Milan”ın qapıçısı Mayk Menyanın müdafiədəki çatışmazlıqları çox vaxt özünün aradan qaldırmağa məcbur olduğunu söyləyib:

“Milan”ın arxa xətdə daha balanslı oyun üçün güclü müdafiəçiyə ehtiyacı var. Ancaq güclü oyunçular hazırda ya Səudiyyə Ərəbistanına, ya da İngiltərəyə transfer olunurlar”.

“Milan” İtaliya çempionatının 17-ci turunda, “Verona”ya qarşı matçda 3:0 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button