
“Bu il “Arsenal”ın ilidir”
“Mançester Yunayted”in sabiq oyunçusu Qari Nevill “Arsenal”ın İngiltərə Premyer Liqasında qələbə qazanmaq üçün hər şeyə malik olduğunu düşünür.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Arsenal” çox yaxşı vəziyyətdədir. Əslində, düşünürəm ki, fərq fevral və mart aylarında daha da artacaq. Mənə elə gəlir ki, bu il “Arsenal”ın ilidir və düşünmürəm ki, komanda bu dəfə bunu əldən versin”.
“Topçular” 17 oyundan sonra 39 xalla turnir cədvəlinə başçılıq edir, “Mançester Siti” (37 xal) və “Aston Villa”nı (36 xal) qabaqlayır. Komanda növbəti turda “Brayton”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



