“Mançester Siti” braziliyalı futbolçu ilə vidalaşmağa hazırdır

“Mançester Siti”nin cinah oyunçusu Savio qış transfer pəncərəsində klubdan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” yanvar ayında braziliyalı futbolçuyla yollarını ayırmağa hazırdır. İngiltərə klubu oyunçusunun mövsümün ilk yarısındakı performansından məyus olub.

Savio bu mövsüm bütün turnirlərdə 21 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button