“Mançester Siti”nin 115 milyon avroluq hədəfi

“Nottingem Forest”ın yarımmüdafiəçisi Elliot Anderson “Mançester Siti”nin prioritet transfer hədəfləri sırasındadır.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, “şəhərlilər” 23 yaşlı futbolçunu almaq üçün “Mançester Yunayted”i qabaqlamağı planlaşdırır.

“Nottingem Forest” Andersonu təxminən 115 milyon avroya qiymətləndirir. O, bu mövsümdə 18 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

İngiltərəli yarımmüdafiəçinin klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button