Trampa verilən mükafatın müəllifi Elxan Məmmədovun atası imiş

Dünən Vaşinqtonda keçirilən 2026-cı il dünya çempionatının püşkatma mərasimi zamanı ABŞ Prezidenti Donald Trampa təqdim edilən FİFA Sülh Mükafatı ilə bağlı maraqlı məqam məlum olub.

Komanda.az xəbər verir ki, Trampa verilən tunc mükafat Azərbaycanın xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin “Düşüncələr və arzular” adlı məşhur əsərinin miniatür variantıdır.

Səlhab Məmmədov Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Rəssamlar İttifaqı sədrinin birinci müavinidir. O, AFFA-nın sabiq baş katibi, hazırda FİFA-da Avropa milli assosiasiyaları departamentinə rəhbərlik edən Elxan Məmmədovun atasıdır.

Əli İbadullayev də Rəssamlar İttifaqının üzvüdür.

FİFA bu mükafatı ilk dəfə təsis edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button