Adı açıqlanmır, zorlamada ittiham olunur – Millinin sabiq futbolçusu

İngiltərə millisinin sabiq futbolçusu zorlamaya cəhd ittihamı ilə saxlanılıb. Polis bir neçə həftə əvvəl daxil olmuş şikayət əsasında araşdırma aparır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqanın tanınmış sabiq oyunçusu 2010-cu illərdə, İngiltərə yığmasının heyətində çıxış etdiyi dövrdə onunla münasibətdə olmuş keçmiş sevgilisinə hücum etməkdə ittiham olunur.

İngiltərəli futbolçu bazar günü “Stensted” hava limanında sərhəd xidməti tərəfindən saxlanılıb və polis bölməsinə aparılıb. O, bir neçə saat dindirilərək barmaq izləri və DNT nümunəsi götürülüb.

Hüquq-mühafizə orqanlarının açıqlamasına əsasən, hüquqi səbəblərə görə adı gizli saxlanan şübhəli şəxs 2026-cı ilin fevralın sonunadək girov qarşılığında sərbəst buraxılıb və istintaq davam edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button