Amorim onun transferinə “yaşıl işıq” yandırıb

Konor Qallaherin yanvarda İngiltərə Premyer Liqasına mümkün geri dönüşü ilə bağlı xəbərlər mətbuatda müzakirə olunmağa davam edir.

“Atletiko” rəhbərliyi uyğun təklif daxil olacağı halda 25 yaşlı yarımmüdafiəçini qış transfer pəncərəsində satmağa razıdır.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, Qallaheri transfer etmək istəyən klublar arasında “Tottenhem” və “Mançester Yunayted” var.

“Çelsi”nin sabiq futbolçusunun qiymətinin 26 milyon funt sterlinq (təxminən 30 milyon avro) olacağı güman edilir.

“Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim Qallaherin transferinə artıq müsbət rəy verib. Ancaq “Mançester Yunayted”in “Atletiko”nun tələb etdiyi məbləği qarşılayıb-qarşılamayacağı hələ dəqiq deyil.

İngiltərəli futbolçu 2019-2024-cü illərdə “Çelsi”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button