
“Arsenal” və “Çelsi”nin “radar”ındadır – Braziliyalı müdafiəçi
“Nottingem Forest”in braziliyalı müdafiəçisi Murillo karyerasını İngiltərə Premyer Liqasının digər klubunda davam etdirə bilər.
Komanda.az “Caught Offside”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə Londonun “Arsenal” və “Çelsi” klubları maraqlanır. “Nottingem Forest” braziliyalı futbolçu ilə 80-90 milyon avro qarşılığında ayrılmağa hazırdır.
Murillonun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq. “Transfermarkt” onun dəyərini 55 milyon avro olaraq qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



