“Barselona” “Köln”ün futbolçusu ilə maraqlanır

“Barselona” Almaniyanın “Köln” klubunda çıxış edən yarımmüdafiəçi Said El-Malanın transferi ilə maraqlanır.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, 19 yaşlı vingerin çıxışı Kataloniya klubunun skautlarını cəlb edib.

“Barselona”nın Saidin transferini 2025/26 mövsümünün sonunda reallaşdırmaq variantını nəzərdən keçirdiyi bildirilir. Onun hazırkı bazar dəyəri 18 milyon avro qiymətləndirilir. Bununla belə, “Köln” rəhbərliyi onu 30 milyon avrodan aşağı məbləğə buraxmaq niyyətində deyil.

Almaniyalı futbolçu cari Bundesliqa mövsümündə 10 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib. O, həm məhsuldarlığı, həm də potensialı ilə Avropanın top-klublarının diqqətini çəkir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button