
Rebrov Fransa millisinə ağır məğlubiyyətdən danışdı
Ukrayna millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində səfərdə Fransaya 0:4 hesabı ilə məğlub olub.
Komanda.az xəbər verir ki, ukraynalıların baş məşqçisi Sergey Rebrov oyundan sonra UEFA-nın rəsmi saytına matçla bağlı fikirlərini bölüşüb:
“İki əsas məqam oldu – Fransanın qapısına təyin olunmayan penalti və bizə qarşı 11 metrlik zərbə. Fasilədən sonra futbolçularım yoruldu, meydan sahibləri də çoxlu şanslar yaratmağa başladılar. Hamı başa düşür ki, növbəti matç həlledici olacaq. Biz yüksək formada olacağıq”.
Ukrayna millisi növbəti oyununda İslandiya ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



