Qarsiya: “Şesnıyə məsləhət vermək mənim işim deyil”

“Barselona”nın qapıçısı Xuan Qarsiya komanda yoldaşı Voyçex Şesnının bu mövsümdəki performansı ilə bağlı sualı cavablandırıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, polşalı futbolçunun tənqidlərə məruz qalmasının təbii olduğunu söyləyib:

“Şesnıyə məsləhət vermək mənim işim deyil. Onun böyük təcrübəsi var, o, uzun illərdir oynayır. Qollar həmişə qapıçının günahı deyil, amma onun bəzi tənqidlərə məruz qalması təbiidir. Çünki qapıçı rəqibin qapı qarşısındakı son maneəsidir. Qapını daha çox toxunulmaz saxlamaq üçün qrup olaraq təkmilləşməli olduğumuzu yaxşı bilirik”.

Qarsiya zədəli olduğuna görə onu hazırda əsas heyətdə Şesnı əvəz edir. 35 yaşlı polşalı futbolçu bu mövsüm Kataloniya klubunda 9 oyunda 17, Qarsiya isə 7 matçda cəmi 5 qol buraxıb.

“Barselona”nın növbəti oyunu 22 noyabrda – “Atletik”ə qarşı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button