Ronaldonun oğlu millidə debüt edib

Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun oğlu Ronaldo Junior Portuqaliyanın U-16 yığmasında ilk oyununa çıxıb.

Komanda.az xəbər verir ki, bu barədə “O Jogo” nəşri məlumat yayıb.

15 yaşlı yarımmüdafiəçi Türkiyə yığmasına qarşı keçirilən görüşdə meydana son dəqiqələrdə daxil olub və cəmi 1 dəqiqə oynayıb. Portuqaliya millisi matçı 2:0 hesabı ilə qalib başa vurub.

Kiçik Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun akademiyasında futbol təhsili alır. Onun atası, 40 yaşlı Ronaldo 2023-cü ilin yanvarında Səudiyyə Ərəbistanına köçüb və “Əl-Nəsr”lə olan müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button