
Dembele maaşının artırılmasını istəyir
Fransa millisinin və PSJ-nin hücumçusu Osman Dembele “qızıl top” mükafatını qazandıqdan sonra klub rəhbərliyindən müqavilə şərtlərinin yaxşılaşdırılmasını xahiş edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda tərəflər arasında danışıqlar davam edir.
Hazırda PSJ-nin idman məsləhətçisi Luis Kampusla fransalı futbolçunun nümayəndəsi Musa Sissoko arasında danışıqlar davam edir. Paytaxt təmsilçisi fransalı hücumçu ilə əməkdaşlığı uzatmaqda maraqlıdır, ancaq klub rəhbərliyi uğurun təkcə fərdi yox, komanda səylərinin nəticəsi olduğunu vurğulayır.
Mövcud müqaviləyə əsasən, “Barselona”nın sabiq futbolçusu vergilər çıxılmazdan əvvəl ildə 18 milyon avro qazanır.
Dembele ötən mövsüm bütün turnirlər daxil olmaqla 53 oyunda meydana çıxıb, 35 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb. O, ötən il UEFA Çempionlar Liqası, Liqa 1, Fransa kuboku və superkubokun qalibi olub.
Bizi Facebook-da izləyin



