Messi yeni turnir keçiriləcəyini elan etdi

Lionel Messi sosial şəbəkədə yeni paylaşım edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı hücumçu paylaşımında ABŞ-ın Mayami şəhərində yeni, gənclər futbol turnirinin keçiriləcəyini bildirib.

Yarışda dünyanın bir sıra tanınmış klublarının yeniyetmələrdən ibarət komandaları iştirak edəcək. Qalib adı uğrunda “Mançester Siti”, “Çelsi”, “İnter”, “Atletiko”, “Barselona”, “River Pleyt”, “Nyuells Old Boyz” və “İnter Mayami”nin gəncləri mübarizə aparacaq.

Turnir 9–14 dekabr tarixlərində baş tutacaq.

Messi cari mövsümdə 26 qol vurub, 15 məhsuldar ötürmə verib. Onun MLS təmsilçisi “İnter Mayami” ilə müqaviləsinin müddəti bu ilin sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button