Mbappedən keçmiş baş məşqçisinə “bəy tərifi”

“Real”ın hücumçusu Kilian Mbappe PSJ-nin baş məşqçisi Luis Enrike haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssisin əla məşqçi olduğunu söyləyib:

“Luis Enrike? Mən onu bir müddət əvvəl “Lill” – PSJ matçı zamanı görmüşəm. O, çox yaxşı insandır. O, həm də əla məşqçidir. Bizim çox yaxşı münasibətimiz var və ona həyatında hər şeyin yaxşı olmasını arzulayıram. Mən Enrike kimi məşqçiylə gözəl vaxt keçirmişəm”.

Fransalı futbolçu 2023/2024 mövsümündə Enrikenin rəhbərliyi altında Paris klubunda çıxış edib. O, PSJ-dəki karyerası ərzində bütün turnirlərdə 308 oyun keçirib, 256 qol vurub və 110 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button