“Mançester Yunayted”in kapitanından təkzib

“Mançester Yunayted”in kapitanı Bruno Fernandes gələn ilin yayında Səudiyyə Ərəbistanına transfer olunacağı ilə bağlı yayılan iddiaları təkzib edib.

Daha əvvəl portuqaliyalı yarımmüdafiəçinin mövsümün sonunda Səudiyyə Ərəbistanı liqasına keçidi nəzərdən keçirdiyi bildirilmişdi.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, Fernandes bu xəbərləri əsassız adlandırıb:

“Mən Səudiyyə Ərəbistanına keçidi heç vaxt düşünməmişəm. Dünya çempionatına görə ora getməkdən imtina etmədim, sadəcə, “Mançester Yunayted”də qalmaq istədim və klub da bunu istəyirdi. Hekayə bundan ibarətdir.

Mənimlə belə bir məsələ ümumiyyətlə müzakirə olunmayıb”.

Portuqaliyalı futbolçu əlavə edib ki, hazırkı vəziyyətindən razıdır və diqqətini yalnız futbola yönəldib:

“İndiki vəziyyətdən məmnunam, əks halda, burada qalmazdım. Mənim üçün əsas məsələ milli komandanı təmsil etmək və bundan zövq almaqdır. Gələn il harada olacağımı belə, bilmirəm, klubdan ayrılıb-ayrılmayacağımı isə heç düşünmürəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button