Müqaviləsi yenilənəcək, maaşı artırılacaq

“Yuventus”un cinah oyunçusu Kənan Yıldızın klubla müqaviləsini tezliklə yeniləyəcəyi gözlənilir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli futbolçunun Turin klubu ilə yeni müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulacaq. Eyni zamanda, klub onun maaşını da artırmağı düşünür.

Daha əvvəl “Arsenal”ın 20 yaşlı türk futbolçu ilə maraqlandığı və artıq danışıqlara başladığı bildirilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button