
DÇ-2026: Bilet satışına start verilib
FİFA 2026-cı il dünya çempionatının biletlərinin satışına start verib. Turnir gələn yay ABŞ, Kanada və Meksikada keçiriləcək.
İlk biletlər lotereya yolu ilə seçilən azarkeşlərə təqdim olunacaq.
Komanda.az, qurumun açıqlamasına istinadən xəbər verir ki, qaliblərə artıq e-mail vasitəsilə məlumat göndərilib və ya yaxın günlərdə göndəriləcək.
Dünya çempionatının final matçına ən bahalı biletlərin qiyməti 6000 ABŞ dollarından çoxdur. Ümumilikdə isə FİFA-ya 4,5 milyon bilet müraciəti daxil olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



