
“Qarabağ”ın rəqibinin futbolçusu 5 klubun hədəfindədir
“Ayntraxt”ın sol cinah müdafiəçisi Nataniel Braun İngiltərə Premyer Liqasının aparıcı klublarının marağına səbəb olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda “Arsenal” və “Mançester Siti” almaniyalı futbolçunu transfer etmək üçün favorit hesab olunur. Müdafiəçinin fəaliyyətini eyni zamanda, “Mançester Yunayted”, “Aston Villa” və “Nyukasl” klubları da izləyir.
Braunun “Ayntraxt”la müqaviləsi 2030-cu ilin ortalarına qədərdir. O, Frankfurt klubunda 38 oyunda 4 qol vurub və 8 məhsuldar ötürmə edib.
“Ayntraxt” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



