Kompani “Qarabağ”ın rəqibi ilə matç haqda: “Qalib gəlmək vacib idi”

“Bayern”in baş məşqçisi Vensan Kompani Çempionlar Liqasında “Qarabağ”ın da rəqibi olan “Çelsi” ilə oyunda (3:1) komandasının çıxışını dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunun gərgin keçdiyini söyləyib:

“Çox gərgin oyun oldu. Uşaqlar öz futbollarından həzz aldılar və qələbəyə layiq idilər. Artıq bu mövsüm “Tottenhem”, “Leyptsiq” və “Ştutqart” kimi çətin rəqiblərlə qarşılaşmışıq, lakin “Çelsi” Klublararası dünya kubokunun qalibidir. Biz son dərəcə diqqətli idik və istədiyimiz kimi oynadıq. Aqressiv olmamaq və qalib gəlmək vacib idi”.

“Bayern” sentyabrın 30-da, Çempionlar Liqasının ikinci turunda Kiprin “Pafos” klubu ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button