Almaniya klubu Mottaya baş məşqçi postunu təklif edib

“Yuventus”un sabiq baş məşqçisi Tiaqo Motta Leverkuzen “Bayer”indən təklif alıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı məşqçi hazırda işsizdir və Almaniya klubu ona rəsmi təklif göndərib.

43 yaşlı mütəxəssis karyerası ərzində “Yuventus”, “Bolonya”, “Spetsiya” və PSJ-nin gənclər komandalarını çalışdırıb.

“Bayer” Bundesliqada mövsümün iki turundan sonra 1 xal toplayaraq, turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Klub rəhbərliyi buna cavab olaraq Erik ten Haqı baş məşqçi vəzifəsindən azad edib. İndi Motta komandanı bu çətin vəziyyətdə çalışdırmaq şansı qazanmış ola bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button