“Yuventus” türk futbolçu ilə yeni müqavilə imzalayacaq

Kənan Yıldız hazırkı klubu “Yuventus”la yeni müqavilə imzalaya bilər.

Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Turin təmsilçisi türk vingerlə müqavilənin müddətini 2030-cu ilin yayına qədər uzatmaq niyyətindədir.

Hazırkı anlaşması 2029-cu ilin iyununda başa çatacaq 20 yaşlı futbolçu ötən mövsüm 52 oyunda iştirak edib, 12 qol vurub və 9 məhsuldar ötürmə verib.

Kənan Yıldız 2023-cü ildən “Yuventus”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button