
“Qalatasaray”ın istədiyi futbolçu klubunu tərk etmək istəmir
“Mançester Siti”nin müdafiəçisi Manuel Akanji karyerasını hazırkı klubunda davam etdirmək niyyətindədir.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun xidmətində “Qalatasaray” maraqlıdır.
Hətta “şəhərlilər”in onu İstanbul təmsilçisinə buraxmağa hazır olduğu bildirilir. Ancaq Akanji komandadan ayrılmaq fikrində deyil və təklifi rədd edəcəyi gözlənilir.
İsveçrəli müdafiəçinin “transfermarkt”dakı dəyəri 28 milyon avro təşkil edir. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
“Qalatasaray” “Mançester Siti”nin daha iki futbolçusu – qapıçı Ederson və yarımmüdafiəçi İlkay Gündoğana da maraq göstərir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



