
“Milan”ın sabiq kapitanı Yunanıstan klubunda – Rəsmi
Yunanıstanın “Panatinaikos” klubu “Milan”ın sabiq kapitanı Davide Kalabriyanı transfer edib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı müdafiəçi yeni klubu ilə 2028-ci ilə qədər olan müqavilə imzalayıb.
Kalabriya karyerasının böyük hissəsini “Milan”da keçirib. O, komandanın heyətində bütün yarışlarda 272 oyun keçirib, 10 qol vurub və 21 məhsuldar ötürmə edib.
Futbolçu ötən mövsüm İtaliya kubokunu qazandığı “Bolonya”da çıxış edib. “Transfermarkt” onun bazar dəyərini 4,5 milyon avro qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



