“Qəbələ” APOEL-ə rəqib oldu
Bu gün UEFA Gənclər Liqasında ilk 2 mərhələnin püşkü atılıb.
Komanda.az xəbər verir ki, tədbirdə Azərbaycanın turnirdəki təmsilçisi “Qəbələ”nin U-19 komandasının da rəqibi bəlli olub.
“Qırmızı-qaralar” püşkatmada “Saraqosa” (İspaniya), APOEL (Kipr), “Korona” (Polşa), “Şerif” (Moldova), “Şkendiya” (Albaniya), MTK (Macarıstan) və “Zrinski” (Bosniya və Herseqovina) ilə birgə 1-ci səbətdə yer alıb. “Qəbələ”nin U-19 komandasının 1-ci mərhələdəki rəqibi Kiprin APOEL klubu olub. Komandalar arasındakı ilk oyun Qəbələdə keçiriləcək.
“Qəbələ” bu mərhələni adlayacağı halda, “Saraqosa” (İspaniya) – “Korona” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
Çempionlar Yolunda 1-ci mərhələnin oyunları 2-23 oktyabrda, 2-ci mərhələnin görüşləri isə 6-27 noyabrda olacaq.
Bizi Facebook-da izləyin