İkardinin yeni klubu rəsmən açıqlandı
Bu yay adı müxtəlif klublarla birgə çəkilən İtaliya “İnter”inin hücumçusu Mauro İkardinin yeni iş yeri rəsmən bəlli olub.
Komanda.az xəbər verir ki, argentinalı forvard bundan sonra Fransa çempionu PSJ-nin uğurları üçün çalışacaq.
Paris təmsilçisi 26 yaşlı futbolçunu 1 illik icarəyə götürüb. Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Amma Milan təmsilçisi futbolçusunu icarəyə göndərməzdən öncə onunla müqavilənin müddətini 2022-ci ilə qədər uzadıb.
İkardi yeni komandasında 18 nömrəli formanı geyinəcək. PSJ mövsümün sonunda İkardinin transfer hüququnu almaq istəsə, 65+5 milyon avrosundan keçməlidi.
Argentinalı hücumçu 2013-cü ildən “İnter”də forma geyinir. O, daha öncə “Sampdoriya”nın da uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin