
“Mançester Yunayted”in aparıcı futbolçusu klubdan ayrıla bilər
“Mançester Yunayted”in müdafiəçisi Luk Şou yaxın vaxtlarda yeni klub axtarışına çıxa bilər.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu yeni təkliflərə açıqdır.
Şouya ən çox maraq göstərən klublar isə Səudiyyə Ərəbistanındandır. O, klub daxilində böyük nüfuza sahibdir, amma onun müqaviləsindəki yüksək maaş və tez-tez yaşadığı zədələr səbəbindən, ayrılmaq istəsə, “Mançester Yunayted” buna mane olmayacaq.
İngiltərəli futbolçu üçün son mövsüm çətin keçib. O, uzunmüddətli diz zədəsi səbəbindən yalnız 12 oyun keçirə bilib və əsas heyətdəki yerini itirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



