ÇL-də 1-ci təsnifat mərhələsinə yekun vuruldu

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, cavab oyunları çərçivəsində 2 qarşılaşma keçirilib.

“Qarabağ”ın 2-ci mərhələdəki potenasial rəqiblərindən “Linfild” (Şimali İrlandiya) evdə “Şelburn” (İrlandiya) ilə qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb. Sözügedən komandalar arasında ilk matç “Şelburn”un 1:0 hesablı qələbəsi ilə yekunlaşdığındn bu komanda 2-ci təsnifat mərhələsində Ağdam təmsilçisinə rəqib olub.

Bolqarıstan çempionu “Ludoqorets” də Minsk “Dinamo”su ilə görüşdə əlavə vaxtda vurulan qol sayəsində mərhələ keçib.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunları
16 iyul

Linfild (Şimali İrlandiya) – Şelburn (İrlandiya) 1:1
İlk oyun – 0:1

Dinamo (Minsk, Belarus) – Ludoqorets (Bolqarıstan) – 2:2
İlk oyun – 0:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button