ÇL: Əliyevli “Eqnatiya” mübarizəni dayandırdı

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab görüşləri keçirilir.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 12 matç keçirilib.

Azərbaycanlı müdafiəçi Zamiq Əliyevin formasını geyindiyi Albaniya çempionu “Eqnatiya” ilk oyunda 1:0 hesabıyla məğlub etdiyi “Breydablik”ə İslandiyada 5 cavabsız qolla uduzub. Zamiq bu oyunun 43-cü dəqiqəsində, hesab 0:4 olarkən buraxılıb.

Mərhələnin qalan 2 oyunu sabah keçiriləcək. Həmin gün Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibləri – “Linfild”lə (Şimali İrlandiya) “Şelburn” (İrlandiya) də üz-üzə gələcəklər.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunları

15 iyul

Kayrat (Qazaxıstan) – Olimpiya (Sloveniya) 2:0
İlk oyun: 1:1

Linkoln (Cəbəllütariq) – Vikinqur (Farer adaları) 1:0
İlk oyun: 3:2

Hamrun (Malta) – Jalgiris (Litva) 2:0 (penaltilər – 11:10)
İlk oyun: 0:2

Malmö (İsveç) – İberiya (Gürcüstan) 3:1
İlk oyun: 3:1

Milsami (Moldova) – KuPS (Finlandiya) 0:0
İlk oyun: 0:1

RFS (Latviya) – Levadiya (Estoniya) 1:0
İlk oyun: 1:0

Differdanj (Lüksemburq) – Drita (Kosovo) 2:3
İlk oyun: 0:1

Şkendiya (Şimali Makedoniya) – TNS (Uels) 2:1
İlk oyun: 0:0

İnter (Andorra) – Styaua (Rumıniya) 2:1
İlk oyun: 1:3

Breydablik (İslandiya) – Eqnatiya (Albaniya) 5:0
İlk oyun: 0:1

Buduçnost (Monteneqro) – Noa (Ermənistan) 2:2
İlk oyun: 0:1

Zrinski (Bosniya və Herseqovina) – Virtus (San Marino) 2:1
İlk oyun: 2:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button