Serbiya millisinin forvardı Türkiyə klubunda
Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi serbiyalı hücumçu Marko Şçepoviçi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Serbiya millisinin də üzvü olan 28 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.
Macarıstanın “MOL Fehervar” klubundan transfer olunan Şçepoviç Super Liqa təmsilçisində 9 nömrəli formanı geyinəcək.
Vaxtilə ölkəsində “Teleoptik”, “Partizan” klublarında oynamış Marko, Yunanıstan “Olimpiakos”unda, İspaniya “Malyorka”sında, Rusiya “Terek”ində, Belçika “Muskron”unda da legioner həyatı yaşayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin