Çempionlar Liqasının oyununa tank gətirdilər FOTOLAR

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Srvena Zvezda” klubu İsveçrə “Yanq Boyz”unu mübarizədən kənarlaşdıraraq, qrup mərhələsinə vəsiqə qazanıb.

Komanda.az xəbər verir ki, Serbiyada keçirilən qarşılaşmadan əvvəl yerli azarkeşlər stadionun yaxınlığına tank gətiriblər. 90-cı illərdə olan müharibələr zamanı istifadə olunan tankın gətirilməsinə səbəb, komandanı oyuna motivasiya etmək olub.

“Srvena Zvezda” ilk oyunda “Yanq Boyz”la səfərdə 2:2 hesablı heç-heçə edib. Cavab matçında da 1:1 hesablı bərabərlik qeydə alınıb. Ancaq səfərdə 2 top vurmağı bacaran serblər, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button