
“Ayaks”da yeni baş məşqçi
“Ayaks”ın yeni baş məşqçisinin adı məlum olub.
Komanda.az xəbər verir ki, Amsterdam təmsilçisini Con Heytinqa çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderlandlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
“Ayaks” bir neçə gün əvvəl Françesko Farioli ilə yollarını ayırıb. Con Heytinqa isə “Liverpul”un baş məşqçisi Arne Slotun köməkçisi vəzifəsində çalışırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



