
Sabiq futbolçu Ançelottinin Braziliya millisində uğurlu olacağına şübhə edir
Braziliya millisinin keçmiş müdafiəçisi Kafu, Karlo Ançelottinin ölkəsinin yığma komandasına mümkün təyinatına şübhə ilə yanaşır.
Komanda.az xəbər verir ki, o, ESPN-ə açıqlamasında bunları deyib:
“Bu gün bizim reallığımız ondan ibarətdir ki, komandamızın baş məşqçisi yoxdur və bizə yeni məşqçi lazımdır. Ançelotti bu postu tuta bilərmi? Bəli, mümkündür. O, hər şeyi qaydasına sala biləcək məşqçi ola bilər. Amma o, yalnız tanıdığı oyunçuları, Avropada çalışanları uyğun zamanda və mövqedə yerləşdirəcək.
O, Braziliya millisinin baş məşqçisi olsa və mənə ehtiyac duysa, Kafu hər zaman hazır olacaq. Buna heç bir şübhə yoxdur.
Amma mən bilmirəm, Ançelotti Braziliya çempionatını izləyirmi? Məsələn, o, “Flamenqo” – “Korintians” və ya “San-Paulu” – “Palmeyras” oyunlarını izləmək üçün sübh tezdən oyanırmı? Braziliya futbolunda əslində nələr baş verdiyindən xəbəri varmı?
İnsanlar deyirlər ki, Ançelotti yaxşı seçim olar, çünki Avropada oynayanları tanıyır. Bəs Braziliyada çıxış edənlər necə? Burada fərqlənən futbolçular necə olacaq?”
Bizi Facebook-da izləyin