“Məni daha çox öz komandam düşündürür” – Elmar Baxşıyev

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində öz meydanında “Sabah”la 1:1 hesablı heç-heçə edib.

Komanda.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Maraqlı oyun alındı. Hər iki komanda oyunun dinamikasını artırmağa çalışırdı. Yaxşı rəqibə qarşı oynadıq. Komandam öz oyun stilindən əl çəkmək istəmirdi. Yaxşı hücumlar qururduq. Sadəcə olaraq son nöqtəni qoymaqda çətinlik çəkirdik. Mövsümün sonudur. İnanıram ki, komandam qarşıdakı matçlarda daha inamlı və əzmkar olaraq öz istəyinə çatacaq. Rəqibin oyununa baxıb xoşbəxtlik axtarmaq fikrində deyiləm. Məni daha çox öz komandam düşündürür. Hər şeyi öz hesabımıza alındırmağa çalışacağıq. İstədiyim odur ki, oyunun tempi aşağı düşməsin. Hakimlər tempi düşürməsinlər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button