Anri: “Yamalın 17 yaşında belə oynaması adi hal deyil”

“Barselona”nın və Fransa millisinin sabiq hücumçusu Tyerri Anri Kataloniya komandasının gənc vingeri Lamin Yamalın çıxışına heyran qaldığını bildirib.

17 yaşlı futbolçu UEFA Çempionlar Liqasının “İnter”lə keçirilən ilk yarımfinal qarşılaşmasında (3:3) komandasının aparıcı oyunçularından biri olub.

Komanda.az “CBS Sports”-a istinadən xəbər verir ki, fransalı keçmiş oyunçu, Yamalın 17 yaşında belə oynamasının adi hal olmadığını bildirib:

“Yamalın 17 yaşında belə oynaması adi hal deyil. Onun oyun düşüncəsi, soyuqqanlılığı, futbola baxışı, müdafiə və pressinq bacarıqları məni heyrətləndirir. Futbol daim sürprizlərlə doludur. Elə bilirdik ki, Lionel Messi və ya Kriştiano Ronaldo səviyyəsinə heç kim çata bilməz. Amma indi Yamal ortaya çıxır. Argentinada isə “River Pleyt”in gənc yetirməsi Franko Mastantuono kimi başqa bir istedad var. Elə buna görə də, futbol maraqlıdır!”

Yamal 2024/25 mövsümündə “Barselona”nın heyətində bütün turnirlərdə 49 oyun keçirib, 15 qol vurub və 24 məhsuldar ötürmə edib. O, gənc yaşında artıq La Liqa çempionu, İspaniya kuboku və superkubokunun qalibi, həmçinin, İspaniya millisi ilə AÇ-2024-ün çempionudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button