“Mən heç vaxt belə bir şey görməmişdim!”

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand “qırmızı şeytanlar”ın UEFA Avropa Liqasının 1/4 finalında “Lion”la cavab oyunundan sonra emosiyalarını bölüşüb.

“Mançester Yunayted” əlavə vaxtda 5:4 hesabı ilə qalib gələrək, geridönüş edib və nəticədə yarımfinala yüksəlib. İlk oyun – 2:2 hesabı ilə yekunlaşmışdı.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu heç vaxt belə bir şey görmədiyini bildirib:

“Mən heç vaxt belə bir şey görməmişdim! Bəzi azarkeşlər hesab 2:4 olarkən “Old Trafford”u tərk etməyə başladılar. Mən o zaman dedim ki, “Mançester Yunayted”ə yalnız möcüzə kömək edəcək. Və bu, möcüzə idi. İnanılmazdır”.

Ruben Amorimin komandası finala vəsiqə uğrunda “Atletik”lə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button