Enrike: “Bu gün etməməli olduğumuz şeyləri etdik”

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Aston Villa” ilə cavab oyununda komandasının çıxışından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis etməməli olduqları şeyləri etdiklərini bildirib:

“Bu gün biz çox arxayın idik, etməməli olduğumuz şeyləri etdik. Bir nöqtədə qorxduq və üç dəqiqə ərzində iki qol buraxdıq. Buna baxmayaraq, mən hələ də daha irəli getməyə layiq olduğumuzu düşünürəm”.

Parislilər Birmingemdə keçirilən cavab matçında uduzsalar da (2:3) yarımfinala yüksəliblər (ümumi 5:4).

PSJ yarımfinalda “Real” – “Arsenal” cütünün qalibi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button