Keynin həyatının məqsədi

“Bayern”in hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasını qazanmaq istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu əsas arzusunun Çempionlar Liqasını qazanmaq olduğunu bildirib:

“Mənim arzum Çempionlar Liqasını qazanmaqdır. Bu, mənim bütün həyatımın məqsədidir. Bu mövsüm bunu öz stadionumuzda etmək şansımız var. Belə bir zəfər xüsusi olacaq. Qarşıda bizi 1/4 finalda “İnter”ə qarşı vacib matçlar gözləyir. Mümkün qədər hazır olmalıyıq”.

Keynin “Bayern”lə müqaviləsinin müddəti 2027-ci ilin iyunun sonunda başa çatacaq. Onun bazar dəyəri 90 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button